117-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

117-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələri 33 800 hərbçi itirib”.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 1 477 tank, 3 588 zirehli maşın, 749 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 181 helikopter, 601 operativ-taktiki PUA, 130 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika, 2 527 avtomobilni məhv edib.