152-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

152-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 39 700 hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 730 tank, 3 950 zirehli döyüş maşını, 876 artilleriya sistemi, 257 reaktiv yaylım atəşi sistemi, 116 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 188 helikopter, 719 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 832 avtomobil texnikası və avtosistern, 73 xüsusi texnikadan ibarətdir.