Rusiya müharibənin 201-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 293 təyyarəsi, 153 helikopteri, 1 938 PUA-sı, 374 zenit-raket kompleksi, 4 891 tank və digər zirehli texnikası, 831 reaktiv yaylım atəş sistemi, 3 379 artilleriya və minaatanı, 5 499 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












