201-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

201-ci gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 52 950 (+300) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 168 tank, 4 640 zirehli döyüş maşını, 1 269 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 243 təyyarə, 213 helikopter, 903 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 463 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.