203-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

203-cü gün: Ukrayna Rusiyanın itkilərini açıqladı

Ukraynada müharibə başlayandan bəri Rusiya ordusunun 53 650 (+350) hərbçisi məhv edilib.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 180 (+5) tank, 4 665 (+3) zirehli döyüş maşını, 1 290 (+11) artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 167 (+2) hava hücumundan müdafiə sistemi, 246 (+2) təyyarə, 215 (+2) helikopter, 908 (+4) PUA, 233 qanadlı raket, 15 gəmi, 3 501 (+32) avtomobil texnikası və avtosistern, 120 (+3) xüsusi texnikadan ibarətdir.