28-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

28-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya Müdafiə Nazirliyi 24 fevraldan bugünədək Ukraynanın itkiləri ilə bağlı məlumatı yeniləyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov məlumat verib.

“Xüsusi hərbi əməliyyatın başladığı gündən indiyədək Ukraynanın 255 PUA-sı, 189 zenit-raket kompleksi, 1564 tank və digər zirehli döyüş maşını, 158 reaktiv yaylış atəş sistemi, 627 artilleriya və minaatan, o cümlədən 1367 ədəd xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə Konaşenkov bildirib.