Rusiyanın Ukraynada həyata keçirdiyi xüsusi əməliyyatın dayandırılması, eləcə də respublikanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin bərpası halında Rusiya Federasiyasına qarşı bir çox sanksiyalar aradan qaldırılacaq.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yüksək rütbəli nümayəndəsi bildirib.
O, məhdudiyyətlərin aradan qaldırılması şərtləri ilə bağlı sualı cavablandırarkən deyib: “Sadəcə deyərdim ki, sanksiyalar daimi xarakter daşımır. Rusiyanın hərbi əməliyyatı dayandırıldıqdan, Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra, ümid edirik ki, istifadə etdiyimiz bir çox alətlərdən istifadəni dayandıracağıq”.












