Ac qalan rus əsgərləri Kiyevdən uzaqlaşıblar – FOTO

Ac qalan rus əsgərləri Kiyevdən uzaqlaşıblar – FOTO

Rusiya ilə Ukrayna arasında müharibənin 16-cı günündə çəkilmiş peyk görüntüləri rus əsgərlərinin Kiyevdən geri çəkildiyini ortaya çıxarıb.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, Ukraynada gözlənilməz müqavimətlə qarşılaşan Rusiya hərbi maşın və tanklarının yaxınlıqdakı meşəyə çəkildikləri aydın olub.

Kiyevin şimal-qərbindəki Antonov hava limanı yaxınlığında tank və maşınların manevr edərək meşə ərazisinə doğru gerilədiyi lentə alınıb.

Qeyd edək ki, Rusiyanın geri çəkilməsinin qida və yanacaq böhranı səbəbindən olduğu bildirilib.