İstanbulun Beyoğlu rayonunda yerləşən Gümüşsuyu məhəlləsində beşmərtəbəli binada yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, hadisə İnönü küçəsində, səhər saat 08:30 radələrində qeydə alınıb.
Məlumata görə, yanğın binanın son mərtəbəsində yerləşən müəssisənin bacasında aparılan təmir işləri zamanı başlayıb.
Alov qısa müddətdə bütün baca boyunca yayılıb. Hadisəni görən şəxslərin məlumat verməsindən sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadası cəlb olunub.
Hadisə yerinə operativ şəkildə çatan yanğınsöndürənlər alovun qarşısını alaraq yanğını nəzarətə götürüblər.
Yanğın nəticəsində binanın dam örtüyünə maddi ziyan dəyib. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.











