Lənkəran rayonunda qazi vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, Şilavar kənd sakini 45 yaşlı Vüqar Quliyev insult keçirərək qəfil dünyasını dəyişib.
44 günlük Vətən müharibəsinin iştirakçısı olan Vüqar Quliyev N saylı hərbi hissədə gizir vəzifəsində xidmət edib.
O, döyüş əməliyyatlarında fəal iştirak edib və aldığı xəsarətlərə görə qazi statusu alıb.












