Türkiyəli aktrisa Damla Sönməz şəxsi həyatı ilə gündəmə gəlib. İddialara görə, məşhur aktrisa təxminən iki ildir birlikdə olduğu meneceri İlkay Akıncı ilə evlənməyə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, məlumata əsasən, münasibətlərini uzun müddətdir gözlərdən uzaq yaşayan cütlük nikah masasına əyləşmək üçün geri sayım edir.
İddia olunur ki, Damla Sönməz və İlkay Akıncı iyulun 11-də İstanbulda ailə üzvləri və yaxın dostlarının iştirakı ilə keçiriləcək sadə mərasimlə ailə həyatı quracaqlar.
Şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verən aktrisa və menecerinin evlilik qərarı Türkiyə maqazin gündəmində maraqla qarşılanıb.
Qeyd edək ki, Damla Sönməz daha əvvəl verdiyi müsahibələrdən birində sevgini “Sevgi insanın yaradılışını təmin edən atəşdir. Həyata sevgi ilə baxmaq insanı canlı hiss etdirir” sözləri ilə xarakterizə etmişdi.











