DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO

DƏHŞƏTLİ QƏZA: 15 yaşlı yeniyetmə və 9 yaşlı uşaq öldü - FOTO

Türkiyənin Yozqat vilayətinin Yerköy rayonunda baş verən ağır yol qəzası iki uşağın həyatına son qoyub.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Kördeve kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, M.A.-nın idarə etdiyi 40 ABK 139 dövlət nömrə nişanlı avtomobil naməlum səbəbdən idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza barədə məlumat daxil olduqdan sonra hadisə yerinə jandarma, yanğınsöndürmə və təcili yardım cəlb olunub.

Həkimlər avtomobildə olan 15 yaşlı N.A.-nın hadisə yerində həyatını itirdiyini müəyyən ediblər.

Qəza zamanı yaralanan sürücü M.A., H.A., H.A. və E.N.A. təcili yardımla Yerköy Dövlət Xəstəxanasına çatdırılıb.

Lakin xəstəxanada həkimlərin səylərinə baxmayaraq, 9 yaşlı E.N.A.-nın da həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, qəzaya düşən ailə rayondan yaşadıqları kəndə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az