Qarabağdakı terrorçu rejimin başçısı, barəsində Azərbaycan hüquq mühafizə orqanları tərəfindən cinayət işi qaldırılmış Araik Arutyunyan martın 25-də yenidən İrəvanda peyda olub.
NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ermənistan XİN başçısı Ara Ayvazyanla görüşüb. Məlumata görə, görüşdə humanitar məsələlər, sosial-iqtisadi problemlər müzakirə olunub. Bir daha Azərbaycan həbsxanalarında saxlanılan erməni terrorçuların məsələsindən danışılıb.
Ayvazyan-Arutyunyan görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bundan sonrakı proseslərdə iştirakının zəruriliyindən də bəhs olunub.













