Azərbaycan Cənubi Qafqaz ölkələri arasında qoruyucu maskadan istifadə fəallığına görə I yerdədir.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun (İnstitute for Health Metrics and Evaluation) hesabatında bildirilib.
Sənədə əsasən, Azərbaycanda əhali arasında maskadan istifadə göstəricisi 78% təşkil edir. Gürcüstanda bu göstərici 43%, Ermənistanda isə 38%-ə bərabərdir.
Araşdırmada dünyada maska rejiminə riayət etmək fəallığı üzrə orta göstəricinin 62% olduğu qeyd olunub.
Göstəricilər xüsusi aerofotoçəkiliş texnologiyası vasitəsilə əldə olunub.












