Azərbaycanlı oliqarxın Ukraynadakı milyardlıq biznesi məhv oldu

Azərbaycanlı oliqarxın Ukraynadakı milyardlıq biznesi məhv oldu

Ukraynada davam edən müharibə Azərbaycanın məşhur oliqarxı İman Quliyevi ciddi ziyana salıb.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, İman Quliyevin Sum vilayətindəki böyük biznes şəbəkəsinin hərbi əməliyyatlar zamanı tamamilə sıradan çıxdığı bildirilir. Həmçinin, azərbaycanlı oliqarxın Kiyev yaxınlığında inşa etdirdiyi yaşayış kompleksi zərər görüb.

Qeyd edək ki, İman Quliyevin oğlu Araz Quliyev Ukraynada daşınmaz əmlak biznesi ilə məşğul olur. Araz Quliyev həmçinin Sum vilayətindən Ali Radaya deputat da seçilib.

İman Quliyevin Ukraynadakı sərmayəsinin həcminin 1 milyard dollar civarında olduğu bildirilir.

Ancaq bəzi məlumatlara görə, İman Quliyev əslində “proksi” fiqurdur. Onun adına olan biznesin əsl sahibləri Azərbaycanda yüksək vəzifə tutan məmurlardır…

Xatırladaq ki, İman Quliyev Real TV-nin rəsmi təsisçisidir.