Britaniya Müdafiə Nazirliyi: Rusiya Ermənistandakı qüvvələrini Ukraynaya gətirir

Britaniya Müdafiə Nazirliyi: Rusiya Ermənistandakı qüvvələrini Ukraynaya gətirir

“Rusiya Ukraynadakı itkilərinin yerini doldurmaq üçün əlavə hərbi kontingent toplamaq cəhdlərini davam etdirir”.

NOCOMMENT azpolitika-ya istinadən xəbər verir ki, məruz qaldığı itkilər səbəbindən Rusiya Ukraynada hücum əməliyyatları həyata keçirməkdə çətinliklər çəkəcək.

Nazirlik bildirib ki, çoxsaylı itkilər Rusiyanın hətta indiyə qədər zəbt etdiyi ərazilərdə möhkəmlənməsinə belə çətinliklər yaradır: “Rusiya hətta özünün Şərq hərbi dairəsi, Sakit Okean flotu və Ermənistandakı qüvvələrini Ukraynaya gətirir. Həmçinin, nizami orduya aid olmayan özəl hərbi şirkətləri, suriyalı və digər muzdluları cəlb etmək cəhdləri var. Rusiya bu qüvvələri zəbt etdiyi əraziləri saxlamaq və dalana dirənmiş işğalı davam etdirmək üçün cəlb etməyə çalışır”.