Xarici işlər naziri Mövlud Çavuşoğlu Şəhər Xəstəxanasında müalicə alan zəlzələ qurbanlarını ziyarət edib.
NOCOMMENT.az xəbər verir ki, Çavuşoğlu daha sonra isə Mahmut Celalettin Ökten tələbə yataqxanasında qalan zəlzələ qurbanları ilə bir araya gəlib.
Məlumata görə Çavuşoğlu yaralılarla söhbət edərək həkimlərdən onların səhhəti ilə bağlı maraqlanıb.
Yataqxanada məskunlaşan zəlzələdən zərərçəkənlər üçün görülən işlər barədə səlahiyyətlilərdən məlumat alıb.
NOCOMMENT.AZ












