Erməni əsgərin ölümünə görə iki hərbçi SAXLANILDI

Erməni əsgərin ölümünə görə iki hərbçi SAXLANILDI

Ermənistan Ordusunun əsgəri Albert Siroyanın ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl bildirilmişdi ki, martın 16-da saat 21:10 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin döyüş mövqeyindəki çağırışçı əsgəri, sıravi Albert Siroyan AK-74 avtomatından çənə nahiyəsinə açılan atəş nəticəsində ölüb.

Araşdırmalar çərçivəsində mərhumun iki əsgər yoldaşı saxlanılıb. Onlardan biri CM-nin 359-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri (hərbi qulluqçular arasında tabeçilik münasibətləri olmadıqda, onlar arasında münasibətlərin nizamnamə qaydalarının pozulması) törətməkdə şübhəli bilinən çağırışçı, ikincisi, CM-nin 375-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş əməlləri (səlahiyyətdən sui-istifadə, səlahiyyətdən artıq və ya əskik istifadə) törətməkdə şübhəli bilinən kiçik çavuşdur.