Ermənilər bu kəndlərdən qaçıblar

Ermənilər bu kəndlərdən qaçıblar

Ermənilər Rusiya sülhməramlılarının nəzarətində olan kəndləri tərk edirlər.

NOCOMMENT alp.az-a istinadən xəbər verir ki, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi tamamilə boşdur. Bu barədə erməni mediasına kənddə məskunlaşan Suren Babayan məlumat verib.

“Artıq bir aya yaxındır ki, yaşadığımız kənddə nə işıq, nə də qaz var. Sosial problemlər yetərincədir. Kənddə cəmi 30 ailə yaşayırdı. Onlar da kəndi sosial problemlər üzündən tərk etdilər. Sonuncu sakin mənəm. Mən də yaxın günlərdə kəndi tərk edəcəm. Araik Arutyunyan və komandası 1 ilə yaxındır ki, bizi aldatmaqla məşğuldur. Bu çətin şəraitdə heç kim bu kənddə yaşaya bilməz”, – deyə Babayan bildirib.

“Artıq kəndi hər kəs tərk edir. Bu kəndlə yanaşı qonşuluqdakı kəndin sakinləri də öz evlərini tərk edir. Çünki sosial problemlər yetərincədir. Artıq 3 aydır ki, müəllimlər əməhaqqı almır. Bir sözlə özləri üçün var dövlət yığan Araik Arutyunyan və əlaltıları bu əraziləri yaddan çıxarıblar”, – deyə qəsəbənin müəllimi Elen Kavasyan bildirib.