Ermənistan parlamenti qarşısında Paşinyan əleyhinə dünən gecədən başlayan aksiya davam edir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Azərbaycana qarşı təxribat zamanı öldürülən hərbçilərin qohumları və müxalifət nümayəndələri Milli Məclisin binasına bütün girişləri bağlayıblar.
Parlamentin binası qarşısında Baş nazir Nikol Paşinyana qarşı impiçment prosedurunun başlanması tələbi ilə mitinq hazırda davam edir.
Aksiyada 44 günlük müharibədə həlak olan əsgərlərin yaxınları, müxalifət qüvvələrinin nümayəndələri də iştirak edirlər.












