Ermənistanda polis mayoru və daha 3 nəfər rüşvət alarkən tutulub

Ermənistanda polis mayoru və daha 3 nəfər rüşvət alarkən tutulub

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) paytaxt Yerevanda rüşvət alan polis zabitini və daha 3 nəfəri saxlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Yerevanın Nor-Norka rayonunun polis bölməsinin baş müfəttişi, mayor M.E. cinayət işlərindən biri üzrə şahid qismində tanınan N.X. barədə cinayət işinin başlanmasının qarşısını almaq adı ilə ondan rüşvət istəyib. Mayor həmin şəxsdən əvvəlcə 5 min dollar tələb edib. Ancaq “sövdələşmə” nəticəsində məbləğ 4 min dollara endirilib. N.X. bu məbləğin yarısını verib.

Tərəflər kafelərdən birində görüşüblər. MTX-nin əməkdaşları kafedən çıxan polis mayoru və cinayətdə şübhəli bilinən daha 3 nəfəri saxlayıb.