Ermənistanın güclü radiolokasiya stansiyası vuruldu – VİDEO

Ermənistanın güclü radiolokasiya stansiyası vuruldu – VİDEO

Sərhəddə baş verən son toqquşma zamanı Ermənistan ordusunun P-18 radiolokasiya stansiyası (RLS) məhv edilib.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələrdə stansiyanın məhv edilməsi görüntüləri yayılıb.

RLS-nin pilotsuz uçuş aparatı ilə aşkarlandığı və məhv edildiyi bildirilir.

P-18 stansiyası on kilometrdən bir neçə yüz kilometrədək məsafədə uçuş aparatlarının istənilən tipini aşkar edə bilən ən etibarlı stansiyalardan biri sayılır.