2022-ci il martın 21-nə olan məlumata görə, Ermənistan tərəfdən Qarabağdakı 44 günlük müharibə zamanı ölən hərbçilərin və mülki şəxslərin sayı 3 822 nəfər təşkil edir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu məlumatı bazar ertəsi Ermənistan İstintaq Komitəsi yayıb.
Qeyd olunur ki, 187 hərbçi və 21 mülki şəxs itkin düşmüş hesab olunur. Döyüş əməliyyatlarından sonra Azərbaycan tərəfinin qaytardığı əsirlərin sayı 150-yə çatıb. Onların arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var.
Sonuncu dəfə İstintaq Komitəsi itkilərlə bağlı məlumatı bu il yanvarın 19-da vermişdi.












