Gəncədə evin hasarının uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.
NOCOMMENT “Report”a istinadən xəbər verir ki, xəsarət alanlar – 1964-cü il təvəllüdlü Hicran Həmis qızı Əhmədova və onun nəvəsi, 2015-ci il təvəllüdlü Həmid İlkin oğlu Hüseynovdur.
H.Hüseynov müalicə aldığı xəstəxanadan artıq evə buraxılıb.
Məlumata görə, H.Əhmədovanın hər iki ayağı sınıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.












