İndiyədək Ukraynada həlak olan azərbaycanlıların adları açıqlanıb – SİYAHI

İndiyədək Ukraynada həlak olan azərbaycanlıların adları açıqlanıb – SİYAHI

İndiyədək Ukraynada müharibə zamanı həlak olan azərbaycanlıların adları açıqlanıb.

NOCOMMENT-in xəbərinə görə, siyahıda 7 nəfərin adı var.

Ukraynadakı hadisələr zamanı həlak olanlar aşağıdakılardır:

1. 1976-cı il təvəllüdlü İsmayılov Neymət;
2. 1966-cı il təvəllüdlü İsmayılov Rəhim;
3. 1995-ci il təvəllüdlü İsmayılov Qabil;
4. 1997-ci il təvəllüdlü Salmanov Camal.

Yuxarıda qeyd olunanlar Odessa vilayətindən özləri təxliyə olunarkən Moldova sərhədinə yaxınlaşanda maşınları atəşə tutulub.

5. 1987-ci il təvəllüdlü Məmmədov Qoşqar – Xarkovda küçəyə çıxanda gülləyə tuş gəlib;
6. 1978-ci il təvəllüdlü Əmrahov Elnur – Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayışda həlak olub;
7. 1984-cü il təvəllüdlü Süleymanov Arzu – Çerniqov şəhərində maşını raket atəşinə məruz qalıb.