ABŞ-nin ötən ay Yəməndə İranın dəstəklədiyi husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına çoxlu sayda “Patriot” hava hücumundan müdafiə sistemi batareyası göndərdiyi iddia edilib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, “Wall Street Journal”a açıqlama verən rəsmi mənbələr transferin ötən ay baş tutduğunu bildiriblər.
Mənbələr Ər-Riyadın uzun müddətdir İranın dəstəklədiyi husilərin dron və raket hücumlarına qarşı ABŞ-dan “Patriot” tələb etdiyini, amma tələbin yalnız uzunmüddətli müzakirələrdən sonra qarşılana bildiyini deyiblər.
Ətraflı
Səudiyyə Ərəbistanına nə qədər “Patriot” batareyalarının gətirildiyi, çatdırılmanın nə vaxt və necə edildiyi barədə təfərrüatlar verilməyib.












