İrəvanda partlayışda itkin düşənlərlə bağlı son məlumat açıqlanıb

İrəvanda partlayışda itkin düşənlərlə bağlı son məlumat açıqlanıb

Ermənistanın paytaxtı İrəvandakı “Surmalu” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində iki nəfər itkin düşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, onlar Qaqik Karapetyan, Vanik Əmirxanyandır.

Fövqəladə Hallar Nazirliyinin rəhbəri Armen Pambuxçyanın sözlərinə görə, ölənlərin sayı dəyişməzdir – 16 nəfər, onlardan 15-nin şəxsiyyəti müəyyən edilib.

“Əgər sonuncunun (mərhumun) şəxsiyyəti müəyyən olunsa, bir nəfər itkin düşmüş hesab olunacaq”, – deyə o, jurnalistlərə bildirib.

Pambuxçyan qeyd edib ki, itkin düşdüyü bildirilən Rusiya vətəndaşının yaxınları onunla əlaqə saxlayıb və məlum olub ki, həmin şəxs əməliyyat olunub və xəstəxanadadır.