İrəvanın Arin Berd küçəsinin 4-cü döngəsində partlayış baş verib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Olayın bu gün səhərin erkən saatlarında baş verdiyi bildirilib. Həyəcan siqnalı Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə martın 21-də saat 07:47-də daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürmə briqadası və digər mütəxəssislər hadisə yerinə gəliblər.
Hadisə barədə əlavə məlumat verilməyib.












