Kasparov: Putin qələbəsini bu tarixdə elan edəcək

Kasparov: Putin qələbəsini bu tarixdə elan edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də – doğum günündə Ukraynaya qarşı müharibədə qələbəni elan edəcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu əslən Bakı ermənisi olan rusiyalı müxalif siyasətçi, şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov deyib.

“Əminəm ki, Putin oktyabrın 7-də – 70 illik yubileyində qələbəni elan edəcək. Diktatorlar yubileyləri çox sevirlər, ona görə də düşünürəm ki, qələbənin elanı məhz bu tarix üçün nəzərdə tutulub”, – deyə Kasparov bildirib.