Medvedçuk və həyat yoldaşının daha bir neçə əmlakına həbs qoyulub

Medvedçuk və həyat yoldaşının daha bir neçə əmlakına həbs qoyulub

Ukraynanın Həyat Uğrunda – Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk və həyat yoldaşına məxsus mənzil, ev, avtomobil və torpaq sahəsinə həbs qoyulub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, məlumatı Ukrayna Dövlət İstintaq Bürosu yayıb.

Həbs edilən əmlak arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 fərdi yaşayış evi, 32 mənzil, 17 parkinq yeri və birmühərrikli yaxta var. Həmçinin benefisiar sahibi Viktor Medvedçuk və ya onun həyat yoldaşı olan 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.

Bundan əvvəl Dövlət İstintaq Bürosunun müstəntiqləri və Baş Prokurorluğun prokurorları Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına məhkəmə yolu ilə həbs qoyublar.