MN: Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur

MN: Azərbaycan Ordusu yaşayış evlərini atəşə tutmur

“Erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur”.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu, qarşı tərəfin növbəti təxribat xarakterli dezinformasiyasıdır. Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki infrastrukturu hədəfə almır”, – deyə məlumatda qeyd edilib.