Moskvada Putinə qarşı təxribat: Prezidentin çıxışı kəsildi – VİDEO

Moskvada Putinə qarşı təxribat: Prezidentin çıxışı kəsildi – VİDEO

Prezident Vladimir Putinin bu gün Moskvadakı “Lujniki” stadionunda Krımın Rusiyaya birləşdirilməsinin 8-ci ildönümünə həsr olunmuş mitinq-konsertdəki çıxışı telekanallarda yayımlanarkən xəta baş verib. Onun çıxışı yarıda kəsilib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin “Krım baharı” mitinq-konsertindəki çıxışının yayımının qəfil kəsilməsinin səbəbini izah edib.

Peskov jurnalistlərə – “buna serverdəki texniki nasazlıq səbəb olub”, – deyib.

O, söz verib ki, “bir dəqiqədən sonra prezidentin tam çıxışı təkrarlanacaq”.

“Rossiya 24” (VQTRK) telekanalı həmin an artıq yenidən Rusiya Federasiyası prezidentinin çıxışını göstərib.