NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

NATO Qara dənizdə hərbi təlimlərə başlayıb

Qara dənizin Bolqarıstana aid hissəsində NATO-nun “Briz” adlı hərbi təlimləri başlanılıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Qara dənizdə keçirilən ilk genişmiqyaslı təlimlərdir.

Təlimlərə Şimali Atlantika Alyansına daxil 11 ölkənin – Bolqarıstan, Albaniya, Belçika, Yunanıstan, İtaliya, Latviya, Polşa, Rumıniya, ABŞ, Türkiyə və Fransanın 24 hərbi və köməkçi gəmiləri və qayıqları, 5 təyyarəsi, 4 helikopteri və 1 390 hərbçisi cəlb edilib.

Gəmiəleyhinə üzən minalar riskini nəzərə alaraq, təlimlərin keçirildiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.