Navalnıya hökm oxundu – AĞIR CƏZA

Navalnıya hökm oxundu – AĞIR CƏZA

Moskvanın Lefortovo rayon Məhkəməsi hazırda həbsdə olan rusiyalı müxəlifətçi Aleksey Navalnını dələduzluq və məhkəməni təhqir etməkdə təqsirli bilib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, dövlət ittihamçısı məhkəmədən mühakimə olunan bloger Navalnının təqsirli bilinməsini və onun 13 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməsini və 1,2 milyon rubl (hakimi təhqir etdiyinə görə) cərimələnməsini istəyib.

Navalnı özünü təqsirli bilməyib.

Məhkəmə rusiyalı müxalifətçini 9 il müddətinə azadlıqdan məhrum edib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək. Navalnı, həmçinin 1,2 milyon rubl məbləğində cərimə ödəməli olacaq.