Putinin yaxın adamı Türkiyəyə qaçıb – FOTO

Putinin yaxın adamı Türkiyəyə qaçıb – FOTO

Rusiya Prezidentinin beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Anatoli Çubays vəzifəsindən istefa verib.

NOCOMMENT xarici mətbuata istinadən xəbər verir ki, Çubays hətta ölkəni tərk edib və geri qayıtmaq niyyətində deyil.

Çubaysın istefasını Kremlin mətbuat katibi Dmitri Peskov da təsdiq edib: “Bəli, Çubays öz istəyi ilə vəzifəsindən istefa verib. Amma ölkədən gedib-getməyib, bu onun öz şəxsi işidir”.

Qeyd edək ki, Vladimir Putinin ən yaxın adamlarından biri hesab olunan Anatoli Çubays dünən İstanbulda bankomatların birinin qarşısında görüntülənib – Çubays kartından pul çəkirmiş…