Qazaxda iki avtomobil toqquşdu – Xəsarət alanlar var

Qazaxda iki avtomobil toqquşdu – Xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 3 nəfər – 1994-cü il təvəllüdlü Qorxmaz Məmmədzadə, 1994-cü il təvəllüdlü Anar Hüseynli və 1964-cü il təvəllüdlü Sahil Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.