Qonçar: Sərhədin delimitasiyasında Rusiyanın rolu…

Qonçar: Sərhədin delimitasiyasında Rusiyanın rolu…

Azərbaycan-Ermənistan sərhədinin delimitasiya prosesi ilkin mərhələdə olduğundan bizim vəzifəmiz işin maksimum səmərəliliyini təmin etmək üçün bütün lazımi şəraiti yaratmaq, həmçinin, sərhəddə sabitlik və təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə töhfə verməkdir.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

“Bu məsələdə siyasiləşmədən qaçmaq və sərhəd məsələlərində kəskinləşməyə yol vermədən hərəkət etmək lazımdır. Çünki hər iki tərəf sərhəd mövzusunda həssasdır”, – deyə Qonçar bildirib.