Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.
“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza görə ödənişlərin Rusiya rubluna köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, – deyə Putin qeyd edib.












