Süleyman Soylu zəlzələ qurbanlarının sayını açıqladı

Süleyman Soylu zəlzələ qurbanlarının sayını açıqladı

Daxili İşlər naziri Süleyman Soylu Malatya Fəlakət Koordinasiya Mərkəzində keçirilən görüşdən sonra açıqlamalar verib.

NOCOMMENT.az xəbər verir ki, Soylu 47 min 932 nəfərin ölümünün qeydə alındığını, onlardan 6 min 265 nəfərinin xarici ölkə vətəndaşı olduğunu bildirib.

Nazir Malatyada indiyədək 3 min 247 konteyner quraşdırıldığını, burada ilk növbədə həyatını itirən vətəndaşların yaxınlarının yerləşdirildiyini qeyd edib.

O çıxışında bu ayın sonuna kimi daha 300 min çadırın paylanaraq 700-ə çatacağını açıqlayıb.

NOCOMMENT.AZ