Taxıl ixracına dair saziş imzalanıb

Taxıl ixracına dair saziş imzalanıb

Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.

Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.

Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.

Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.