Ukraynada Çerniqov vilayətinin Kryukov şəhərində Azərbaycan şirkətinə məxsus avtomobil və sürücüsü mühasirəyə düşüb.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayəti azərbaycanlılar Konqresinin sədri, logistika xidməti rəhbəri Mətləb Nəcəfov bildirib.
O, qeyd edib ki, Azərbaycanın “Volf transport” şirkətinə məxsus yük maşını və onun sürücüsü, Azərbaycan vətəndaşı 1967-ci il təvəllüdlü Əliyev Arif Eynulla oğlu Kryukovda Rusiya qoşunları tərəfindən mühasirəyə alınan şəhərdə artilleriya atəşi altındadır və həyatına təhlükə var.













