Ukrayna hadisələri nəticəsində ölənlər arasında 15 erməni də var. Onlardan 10-u mülki şəxs, 5-i isə hərbçidir.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Erməniləri İttifaqının sədr müavini David Mkrtçyan bildirib: “Müharibədən əvvəl Ukraynada ermənilərin sayı 350 min nəfərə çatırdı ki, onlardan 50 mini Kiyevdə yaşayırdı”.
Mkrtçyan qeyd edib ki, nə qədər erməninin Ukraynanı tərk etməsi barədə məlumatı yoxdur, lakin o, ən azı yarısının ölkədən getdiyini güman edir.
Onun sözlərinə görə, Ukraynadakı erməni icmasının vəziyyəti ümumilikdə pis deyil, ölkənin qərbində vəziyyət daha sakitdir. Şərqdə və mərkəzi hissədə qalanların mövqeyi başqa yerlərdə olduğu kimidir.
Qidalanma problemi xüsusilə Sum, Çerniqov və Xerson şəhərlərində kəskinləşiи. Xarkov və Mariupolda apteklər, mağazalar işləmir, yaşıl dəhlizlər vasitəsilə şəhərlərə lazımi əşyalar, ərzaq məhsulları və su verilməsi alınmır.
Ümumiyyətlə, Ermənistan vətəndaşları Ukraynanı rahat tərk edirlər, Aİ zonasına keçirlər və oradan sərbəst şəkildə öz vətənlərinə qayıdırlar. Erməni vətəndaşı olan, lakin Ukrayna vətəndaşlığı olan qocalar, qadınlar və uşaqlar da başqa ölkəyə köçmək üçün Aİ zonasına sərbəst şəkildə daxil olurlar. Kişilərə gəlincə, onlar əsasən Qərbi Ukraynada yerləşiblər.












