Ukraynanın Sum vilayətinə daxil olan 300-ə yaxın Rusiya əsgəri döyüşməkdən imtina edərək texnikası ilə birlikdə ərazini tərk edib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda bildirilir ki, Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrinə tabe olmaqdan imtina edib və 70 texnika ilə əməliyyat zonasını tərk edib.












