“Ukraynalılar rus işğalçıları üzərində qələbəyə qədər silahlarını yerə qoymayacaqlar”.
NOCOMMENT xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Mən Rusiya Federasiyasının hərbçilərinə yalnız silahı atıb vətənlərinə qayıtmağı təklif edə bilərəm. Biz isə öz evimizdəyik, torpağımızı, uşaqlarımızı, ailələrimizi qoruyuruq. Ona görə də biz qələbəmizə qədər silahı yerə qoymayacağıq”, – deyə Zelenski bildirib.












