Prezident Volodimir Zelenski Ukraynadan taxıl ixracının dayandırılması səbəbindən bir çox ölkədə mümkün qıtlıq barədə xəbərdarlıq edib.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, o, bu barədə İtaliya parlamenti qarşısında videoformatda çıxışı zamanı danışıb.
“Müxtəlif ölkələr üçün yaxınlaşan qıtlıq daha pis olacaq. Ukrayna həmişə ən böyük ərzaq ixracatçılarından olub. Bəs biz rus artilleriyasının zərbələri altında necə əkinlə məşğul ola bilərik? Düşmən qəsdən tarlaları əzib keçərkən, yanacaq bazalarını dağıdarkən biz necə toxum səpək? Limanlarımız bağlanıb, belə olanda məhsullarımızın necə olacağını və necə ixrac edə biləcəyimizi bilmirik”, – deyə Zelenski bildirib.












