Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsd cəhdinin qarşısı alınıb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, Ukraynanın hərbi əks-kəşfiyyat xidmətinin əməkdaşları Ujqorod şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) agentinin başçılıq etdiyi kəşfiyyat-divresiya qrupunun üzvlərini saxlayıblar.
Qeyd edilir ki, 25 nəfərlik qruplaşmanı FTX-nin agenti yaradıb. Onlar silahla və nəqliyyat vasitələri ilə təchiz ediliblər. Qrup üzvləri Ukrayna Prezidentinə sui-qəsd etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırıblar.

















