Türkiyənin “Turkovac” peyvəndinin tətbiqinə icazə verilib

Türkiyənin “Turkovac” peyvəndinin tətbiqinə icazə verilib

Türkiyənin yerli istehsalı olan koronavirus əleyhinə vaksin – “Turkovac”ın kütləvi tətbiqi ilə bağlı lisenziya təsdiqlənib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan məlumat verib.

Prezident vaksinin hər kəsə xeyirli olmasını arzulayıb:

”Turkovac”ın istehsalı ilə bərabər, bütün bəşəriyyətlə bölüşməkdən məmnun olacağıq. “Turkovac” peyvəndimizin ölkəmizə, millətimizə və bütün insanlığa xeyirli olmasını arzu edirəm”.