Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Suriya lideri Bəşər Əsədin iştirakı ilə görüşün təşkil edilməsini təklif edib.
NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdoğan özü açıqlayıb.
“Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin görüşünü keçirməyi təklif etdim və o, bu təşəbbüsü müsbət qəbul etdi. Bu, bir sıra danışıqların bünövrəsini qoyacaq”, – deyə Ərdoğan əlavə edib.












