İsveçli nazir Qriqoryanla görüşdə kömək təklif etdi

İsveçli nazir Qriqoryanla görüşdə kömək təklif etdi

Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan İsveçin xarici işlər naziri Tobias Bilstremlə görüşüb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, nazir rəsmi Stokholmun regionda stabilliyin təminatına kömək etməyə hazır olduğunu bildirib.

Qriqoryan vəziyyəti, eləcə də Azərbaycan tərəfinin Ermənistanı Qarabağla birləşdirən yeganə yolu – Laçın dəhlizini bağlaması nəticəsində yaranmış humanitar böhranı təqdim edib. Bu kontekstdə Ermənistan Təhlükəsizlik Şurasının katibi beynəlxalq ictimaiyyətin müvafiq reaksiyasının vacibliyini vurğulayıb.

Nazir isə qeyd edib ki, İsveç, o cümlədən ATƏT çərçivəsində də prosesdə iştiraka hazırdır.