Ermənistanın baş naziri Nikol Paşinyanın kadr dəyişikliyi barədə son qərarları və ümumi kadr siyasəti hakim Vətəndaş Müqaviləsi Partiyasında böyük narazılıqlar yaradıb.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti mənbələrinə istinadən yazıb.
Məqalədə bildirilir ki, Paşinyanın özünə müavin təyin etdiyi, köhnə hakimiyyət dövründə də vəzifələr tutmuş, partiya mənsubiyyəti olmayan Tiqran Xaçatryanın bu posta gətirilməsi partiyada xüsusi olaraq narahatlıq yaradıb.
Qeyd olunub ki, sözügedən qərar partiyanın veteranları hesab olunan Araik Arutunyan və Romanos Petrosyanın etirazına səbəb olub.
Məlumata görə, maliyyə (Vaqe Ovannisyan), təhsil, elm, mədəniyyət və idman naziri postlarının da (Janna Andreasyan) bitərəflərə həvalə olunması Vətəndaş Müqaviləsi Partiyasında qızğın müzakirələrə və narazılığa gətirib çıxarıb.
Bu baxımdan, qəzetin yazdığı kimi, hakim partiyada düşünürlər ki, öz tərəfdaşları Paşinyanın ümidlərini doğrultmayaraq məyus ediblər…












